Superliqada qar əngəli

Türkiyə Super Liqasının 22-ci turunun daha bir oyunu güclü qar səbəbindən yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti ötən gün keçirilən “Rizəspor” – “Antalyaspor” matçına əngəl olub.

Rizədə təşkil olunan qarşılaşmanın 23-cü dəqiqəsində güclənən qar yağışına görə matçın baş hakimi görüşü dayandıdırb. Oyunun bu gün keçirilməsinə qərar verilib.

Xatırladaq ki, ötən gün “Qaziantep” – “Yeni Malatyaspor” matçı da eyni səbəbindən yarıda qalmışdı. Oyunun ötən gün davam etdirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraitinə görə yenə təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right