Messi milliyə çağırılmadı

PSJ-nin futbolçusu Lionel Messi Argentina yığmasının DÇ-2022-nin yanvar və fevral aylarındakı seçmə mərhələ oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı hücumçu yanvarın 2-də koronavirusa yoluxduğu və yeni sağaldığı üçün ona dəvət göndərilməyib.

Messi ötən gün PSJ-də komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right