"Bu, inanılmaz hissdir" Levandovski

"Bavariya"nın hücumçusu Robert Levandovski FİFA-nın 2021-ci ilin ən yaxşı oyunçusuna verdiyi "The Best"i qazanmasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb:

“Bütün qalibləri təbrik etmək istəyirəm. FİFA-nın "İlin Futbolçusu" mükafatını almaq mənim üçün böyük şərəfdir. Bu, inanılmaz hissdir. Biz həyatımızı mükəmməlliyə və yeni zirvələrə çatmağa həsr edirik. Komandamız, məşqçimiz və azarkeşlərimiz üçün əlimizdən gələni edirik. Futbol dünya idmanıdır. İnsanları bir araya gətirmək baxımından digərlərindən fərqlidir. Bu, bütün qitələrdə başa düşülən bir dildir. Oyunçular olaraq bu oyunun dəyərlərini - dürüstlük, hörmət, idman bacarığını təmsil etmək öhdəliyimiz var. Bunu "Bavariya" və ölkəmin milli komandası ilə etməkdən qürur duyuram.

Bütün azarkeşlərimə təşəkkür etmək istəyirəm. Azarkeşsiz futbol yoxdur. Biz azarkeşləri əyləndirmək və futbolu dünyanın ən böyük tamaşasına çevirmək üçün ən yaxşı oyunu göstərməyə çalışırıq. Sonda dəstək olduqları üçün ailəmə və dostlarıma təşəkkür edirəm".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah