“Məqsədimiz Premyer Liqada oynamaqdır” Acun

“İngilis futgbolunu həmişə sevmişəm. Klub ala biləcək  gücə çatanda İngiltərədə komanda sahibi olmaq qərarına gəldim. Bu, mənim xəyalım idi. Hansı klubun mənim üçün daha uyğun olacağını araşdırırdım”. 

Newsport.az xəbər verir ki, bu sözləri TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalı “Hall Siti”ni alması barədə danışarkən deyib. O, “Daily Mail”ə müsahibəsində Premyer Liqada çıxış etmək istədiklərini bildirib: 

“Mən “Hall Siti”ni Premyer Liqada mübarizə apardıqları vaxtdan etibarən tanıyırdım. İngiltərəyə gedib, klubu yaxından görmək istədim. İyun ayında oraya gedəndə hər şeyin yaxşı olduğunu hiss etdim. Azarkeşləri və stadionu çox sevdim. Növbəti mövsümdən etibarən Premyer Liqada oynaya bilərik. Bu, bizim ilk hədəfimizdir. Əgər Premyer Liqada oynasaq, aşağı liqaya düşmək üçün əsas namizədlərdən olmayacağıq. Bizim məqsədimiz “Böyük 6-lıq”dakı komandaları sıxışdırmaq olacaq”. “Hall Siti” “Lester Siti” kimi olmalıdır”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right