Klopp Salahı dəstəkləyir

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. 

Newsport.az “The Guardian”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 29 yaşlı hücumçu ilə yeni sözləşməni yeniləyəcəkləri təqdirdə onun Premyer Liqada ən çox maaş alan futbolçu olacağını bildirib: 

“Biz bilirik ki, Salah komandada qalmaq istəyir. Biz də belə olmasını istəyirik. Amma bu işlər vaxt aparır. Mən onu dəyişə bilmərəm. Amma məncə, hər şey qaydasındadır. "Liverpul"un sahibi ilə Salahın meneceri arasında yeni müqavilə ilə bağlı danışıqlar bu mövsümün startından əvvəl başlayıb. Yeni müqaviləyə əsasən, Salah İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçusu ola bilər.

Əminəm ki, azarkeşlər sizin media işçiləri kimi əsəbi deyillər. Ancaq narahat olmaq üçün heç bir şey yoxdur. Bu, normal bir prosesdir. Salahın  növbəti mövsüm üçün də qüvvədə olan müqaviləsi var. Heç kim narahat olmasın. Salah dünya səviyyəli oyunçudur. O, Liverpul üçün çox yaxşı işlər görüb. Təbii ki, biz Salahı saxlamaq istəyirik. Gəlin görək nə baş verəcək”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right