“Arsenal”ın transferdə əsas hədəfi

İngiltərənin “Arsenal” klubunun qış transfer pəncərəsi dövründə əsas hədəfi məlum olub.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi “Fiorentina”dan Duşan Vlahoviçi transfer etmək niyyətindədir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta serbiyalı hücumçunun komandaya cəlb edilməsində israrlıdır. O, hücum xəttindəki problemi Vlahoviçlə həll etmək istəyir.

“Arsenal” yaxın zamanda 21 yaşlı hücumçu üçün “Fiorentina”ya təklif göndərəcək.

Vlahoviç bu mövsüm A Seriyasında 20 oyunda 16 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right