Türkiyə millisinin sabiq futbolçusu avtomobil qəzasında vəfat edib

Türkiyənin "Konyaspor" klubunun futbolçusu Ahmet Çalık dünyasını dəyişib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi avtomobil qəzasında vəfat edib.

Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən oyunçu 8 dəfə Türkiyə yığmasının formasını geyinib. 2017 - 2020-ci illərdə "Qalatasaray"ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right