Premyer Liqa klubunda ciddi itki

İngiltərənin “Nyukasl” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Kallum Uilson uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan “Mançester Yunayted”dlə oyunda (1:1) zədə alan ingilis futbolçunun bir müddət komandasına kömək edə bilməyəcəyi müəyyənləşib. Belə ki, 29 yaşlı futbolçu azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Kallum Uilson 2020-ci ildən “Nyukasl”da çıxış edir. O, bu mövsüm meydana çıxdığı 15 oyunda 6 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right