“Everton” – “Lester Siti” matçı yenidən təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester Siti” oyunu yenidən təxirə salınıb.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın yanvarın 11-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Lester Siti” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.

Bu oyunun nə vaxt keçiriləcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right