Afrika Millətlər Kuboku başladı, “Qarabağ”ın futbolçusu qələbəyə sevindi

Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib. Newsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turnirin açılış matçında Kamerun və Burkina Faso yığmaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda kamerunlular qələbə qazanan tərəf olub.

Günün digər matçında Efiopiya ilə Kapo Verde yığmaları üz-üzə gəlib. Qarşılaşma Kapo Verdenin qələbəsiylə başa çatıb. Yeri gəlmişkən, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də bu görüşün iştirakçısı olub. Kapo Verdedən olan futbolçu 76-cı dəqiqədə meydana buraxılıb.

Afrika Millətlər Kuboku
A qrupu

9 yanvar

Kamerun – Burkina Faso 2:1
Qol: Abubakar, 40-pen; 45+3 – Sanqare, 24.

Efiopiya – Kapo Verde 0:1
Qol: Tavares, 45+1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right