Konseysao oğlunun vurduğu qolla qələbəyə sevindi

“Portu” Portuqaliya çempionatının 17-ci turunda “Eştoril”i məğlub edib – 3:2.

Newsport.az xəbər verir ki, “Portu”ya qələbə qazandıran qolu komandanın baş məşqçisi Serjio Konseysaonun oğlu Fransisko Konseysao vurub.

O, sonradan meydana daxil olaraq, 89-cu dəqiqədə qələbə qoluna imza atıb.

“Portu”nun baş məşqçisi Serjio Konseysaonun 5 oğlu var və onlardan 3-ü futbolçudur.

Fransisko Konseysao bu mövsüm “Portu” ilə çempionatda 12 oyunda 1 qol vurub.

“Portu” Portuqaliya çempionatında 17 turdan sonra 47 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right