“Liverpul”un 70 milyon avroluq təklifi rədd edildi

İngiltərənin “Liverpul” klubu “Portu”nun futbolçusu Luis Diası transfer etmək istəyir.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisi 24 yaşlı hücumçu üçün Portuqaliya klubuna 70 milyon avro təklif edib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

“Portu” “Liverpul”un təklifi ilə razılaşmır və İngiltərə klubundan daha 10 milyon avro tələb edir.

Diasla “Liverpul”la yanaşı, “Mançester Yunayted” və “Nyukasl” klubları da maraqlanır.

Kolumbiyalı futbolçu bu mövsüm “Portu” ilə 24 oyunda 14 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right