“Nyukasl” növbəti transferinə hazırlaşır

“Atletiko”dan Kiran Trippyeri transfer edən “Nyukasl” daha bir futbolçunun keçidini həll etmək istəyir.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Lill”dən Sven Botmanı transfer etmək niyyətindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Nyukasl” 21 yaşlı müdafiəçi üçün yaxın zamanda təklif göndərəcək. “Lill” Botman üçün azı 30 milyon avro tələb edib.

“Lill”lə bu mövsüm 17 oyuna çıxan niderlandlı futbolçu 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right