“Beşiktaş”ın baş məşqçisi və 3 futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoluxub.

Newsport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qətərdə keçirilmiş Super Kubok oyunundan sonra ölkəyə qayıdan komandanın 4 üzvünün COVİD-19 testi pozitiv çıxıb. İnfeksiya aşkarlanmış şəxslər karantinə alınıb. Onların Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq “Rizəspor”la oyunda iştirak etməyəcəkləri diqqətə çatdırılıb.

Xatırladaq ki, “Beşiktaş” Türkiyə Super Kuboku uğrunda matçda “Antalyaspor”la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında İstanbul komandası qalib gəlib – 4:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right