Namik oynadı, komandası Super Liqa təmsilçisinə uduzdu

Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə Super Liqa təmsilçisi "Qazianteplə" qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Qaziantep" 1/8 finala vəsiqə qazanıb. "Bursaspor" isə kubokda mübarizəni dayandırıb.

Namik də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right