Türkiyədə Namik Ələskərovdan gözləntilər böyükdü

"Bursaspor" azərbaycanlı futbolçusu Namik Ələskərovdan gözlədiyi nəticəni ala bilmir.

Newsport.az-ın məlumatına görə, Türkiyə mətbuatı I Liqa təmsilçisinin heyətində 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Namikin çıxışını "Neftçi"də son mövsümündəki performansı ilə müqayisə edib. 26 yaşlı vingerin gözlənilənin gerisində qaldığı bildirilib.

"Bursahakimiyet" yazır ki, millimizin üzvü ötən mövsümün ilk yarısında "Neftçi"də 8 qol vurmuşdu. Ona görə də, Ələskərov "Bursaspor"da hələ öz gücünü tam göstərə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right