Dünyanın ən varlı futbolçusunun yeni klubu müəyyənləşdi

Dünyanın ən varlı futbolçusu Faiq Bolkiahın yeni klubu məlum olub.

 

Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Taylandın “Çonburi” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Faiq Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğludur. O, sultanın varislərindən biridir.

 

Faiq dünya futbolunun ən varlı oyunçusu hesab edilir. Yarımmüdafiəçi karyerası ərzində “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda çıxış edib. Faiq son olaraq Portuqaliya “Maritimo”sunun formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right