Obameyanq satışa çıxarıldı

İngiltərənin "Arsenal" klubu Pyerr-Emerik Obameyanqı satışa çıxarıb.

 

Newsport.az xəbər verir ki, London təmsilçisi qış transfer pəncərəsi dövründə qabonlu hücumçu üçün gələcək təklifləri dəyərləndirmək qararı verib. Bu barədə ESPN telekanalı məlumat yayıb.

 

Obameyanq bir müddət əvvəl intizam qaydalarını pozduğu üçün kapitanlıqdan məhrum edilmiş və əsas komandadan kənarlaşdırılmışdı.

 

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq "Arsenal"a 2018-ci ilin yanvarında Dortmund "Borussiya"sından 65 milyon avroya transfer olunub. 32 yaşlı forvard cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 15 oyunda 7 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right