"Legiya" əfsanəsi Mahir Emreli haqda: "Qol vurmur, aktiv deyil, sadəcə 2-3 matç uğurlu oldu"

“Legiya”nın əfsanəvi futbolçulardan hesab edilən, “Köln” və “Seltik”də də çıxış etmiş Dariuş Dzekanovski Varşava klubunun rəhbərliyini və futbolçularını tənqid edib.

Newsport.az xəbər verir ki, veteran futbolçu Mahir Emreli barədə də fikirlərini bildirib: “

“Artur Boruçla müqavilə imzalayarkən ehtiyat tədbirləri görmək lazım idi. Canluici Buffon və Voyçex Şesnı ilə olduğu kimi eyni sinifdən ikinci qapıçıya sahib olmaq lazım idi. Klub buna hazırlaşmayıb. Plan harada idi? Bartoş Slişla 1,8 milyon avroya müqavilə imzalanıb, indi isə onun qiyməti xeyli aşağı düşüb. Onun hətta genişləndirilmiş heyətə düşmək şansı yoxdur.

Andre Martins yaxşı başlamasına baxmayaraq, getdikcə daha zəif oynayır. Keçən mövsümün bombardiri olan Tomaş Pekharta isə sadəcə ehtiyac yoxdu.

Mahir Emreli? “Bodo-Qlimt” və “Flora”, bunlar rəqib deyil. O, uğursuzluq yaşayır, qol vurmur, aktiv deyil. Sadəcə 2-3 matçı uğurlu alındı onda”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right