Türkiyəli hücumçu öz cərimə meydançasından rəqib qapısına qol vurdu

Türkiyə 2-ci Liqasının 9-cu turu çərçivəsində baş tutan "Vanspor" - "İnegölspor" matçında gözəl qol qeydə alınıb.

 

Newsport.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Hamza Küçükköylü uzun müddət unudulmayacaq qola imza atıb. 25 yaşlı hücumçu küncdən zərbə zamanı topu öz cərimə meydançasından rəqib qapısına göndərib. Qapıçı öndə olduğu üçün qolun qarşısını ala bilməyib.

 

Hamza Küçükköylü vurduğu qola bağlı danışarkən tarixə düşdüyünü deyib: "Hər halda tarixə düşdük. Topu vurmadan əvvəl qapıçı və müdafiəçinin öndə olduğunu görüb var gücümlə zərbə vurdum. Matçdan əvvəl qol vuracağımı bilirdim. Amma əlbəttə ki, beləsini xəyal etmirdim. Atam da tribunada idi".

 

Qeyd edək ki, "Vanspor" - "İnegölspor" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right