Bu gün dünya çempionatının iki ildən bir keçirilməsi müzakirə olunacaq

Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, AFFA-nın da qatılacağı iclasda dünya çempionatının iki ildən bir keçirilməsi növbəti dəfə müzakirə olunacaq.

FİFA prezidenti Canni İnfantino bu ideyanı təbliğ etmək üçün futbol federasiyalarından dəstək alacağına ümid edir. O, quruma əlavə gəlir mənbələri tapmaq üçün mundialın daha tez-tez keçirilməsinə çalışır. UEFA və KONMEBOL-da isə dəyişikliklərin turnirə marağı azaldacağını düşünülür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right