"Qalatasaray" hücumçusunu itirdi

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Mbaye Dian sıradan çıxıb. Seneqallı forvard Super Liqanın 17-ci turunun "Başakşəhər"lə matçında (1:1) zədələnib.

30 yaşlı futbolçunun sol ayaq sümüyündə sınıq aşkarlanıb. Müalicəsinə başlanılan Dian 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Mbaye Dian cari mövsümdə "Qalatasaray" forması ilə meydana çıxdığı 23 matçda 4 qol və 2 asistlə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right