“Arsenal”dan darmadağın

Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Ötən tur “Vest Hem”i məğlub edən “Arsenal”ın bu turdakı rəqibi “Lids” olub. London təmsilçisi səfərdə darmadağına sevinib.

Lider “Mançester Siti” “Nyukasl” səfərinə yollanacaq. Turun mərkəzi görüşündə “Tottenhem” “Liverpul”la üz-üzə gələcək.

Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası, 18-ci tur

18 dekabr

Lids – Arsenal 1:4
Qol:
Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

19 dekabr

18:00 Vulverhempton – Çelsi
18:15 Nyukasl – Mançester Siti
20:30 Tottenhem – Liverpul

Bombardir: Məhəmməd Salah (Liverpul) – 15 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right