Araz Abdullayevin komandası yenə uduzdu

Kipr çempionatında 14-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” doğma meydanda “Anortosis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Etnikos” 14 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right