Vüsal İsgəndərli komandasını məğlubiyyətdən xilas etdi

Türkiyə 1-ci liqasında növbəti turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" 18-ci turda "Ərzurum BB"- ilə qarşılaşıb.

Ankara klubunu məğlubiyyətdən Vüsal İsgəndərli xilas edib. Onun qolu sayəsində matç 3:3 hesabı ilə başa çatıb. Meydana fasilədən sonra daxil olan İsgəndərli 90+7-ci dəqiqədə qol vurub. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

"Keçiörengücü" hazırda 18 xalla 16-cı pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right