“Fənərbaxça” sürpriz transferə hazırlaşır.
Newsport.az xəbər verir ki, “Mançester Yunayted”in heyətdə saxlamaq istəmədiyi Xuan Mata Türkiyəyə yollana bilər.
2014-cü ildən bu yana “qırmızı şeytanlar”ın formasını geyinmiş ispaniyalı özü də komandada qalmaq istəmir. İstanbul nəhəngi Mata ilə danışıqlara başlayıb. Matanın hazırda 3 klubdan təklifi var. O, “Fənərbaxça” ilə yanaşı “Nyukasl” və “Real Sosyedad”un transfer siyahısında yer alıb.