Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”ı qəbul edəcək.

Newsport.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən oyunda müdafiəçi Rafael Varanın köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zədədən təzə qayıdan Varanın yenidən zədələnmək riski olduğu üçün “Arsenal”la oyunu buraxacaq.

Bu gün keçiriləcək “Mançester Yunayted” – “Arsenal” matçı saat 00:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right