"Məni yalnız Zlatan təbrik etdi"

"Milan"ın baş məşqçisi Stefano Pioli futbolçusu Zlatan İbrahimoviç haqqında danışıb. 

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında A seriyası təmsilçisi ilə müqaviləni yenilədikdən sonra onu yalnız İbrahimoviçin təbrik etdiyini deyib: 

"Müqavilə yeniləndikdən sonra mənə təbrik yazan yeganə oyunçu Zlatandır. O, yazmışdı: "Təbrik edirəm, cənab. Mən sizinlə birgə öz işimin öhdəsindən gələcəyəm". Zlatanın komandada olması uğur qazana biləcəyimiz deməkdir. Zlatanın gəlişi hər şeyi yaxşılığa doğru dəyişdi. Komanda yoldaşları da onun motivasiyasını qəbul etdilər". 

Qeyd edək ki, Pioli ötən həftə 2 illik sözləşmə imzalayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right