Mbappenin qardaşı Fransa millisində

PSJ-nin hücumçusu Kilian Mbappenin qardaşı  İtan Mbappe Fransa millisinə 16 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, 15 yaşlı oyunçu komandanın təlim-məşq toplanışında olacaq. O, yoldaşlıq görüşündə oynaya bilər.

Qeyd edək ki, İ.Mbappe PSJ ilə ilk peşəkar müqaviləsini bu ilin yayında imzalayıb. Müqavilə üç illikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right