Burak Yılmaz karyerasını bu klubda bitirəcək

Türkiyə millisinin və “Lill”in futbolçusu Burak Yılmazın karyerasını bitirmək istədiyi klub məlum olub. 

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu son klubunun “Adana Demirspor” olmasını planlaşdırır. Burakın atası adanalı olduğuna görə o, bu komandaya xüsusi rəğbət bəsləyir. 

Qeyd edək ki, Burak ötən mövsüm “Lill”in heyətində Fransa çempionu olub. O, bu mövsüm 18 oyunda 4 qol vurub və 4 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right