4 saat uçduğu üçün oynamaqdan imtina etdi

İngiltərə milli komandasının keçmiş futbolçusu Daniel Starric formasını geyindiyi “Pert Qlori”nin “Vestern Yunayted”lə oyununda iştirak etməyib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Starricin Avstraliya çempionatında “Vestern Yunayted”lə səfər matçında iştirak etməməsinin səbəbi 4 saatlıq təyyarə uçuşundan sonra özünü pis hiss etməsi olub.

Starricin uzun uçuşdan sonra özünü yaxşı hiss etmədiyi, bu səbəbdən, oyunda meydana çıxmadığı bildirilir.

“Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi”, “Liverpul”, Türkiyədə “Trabzonspor” kimi komandalarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right