“Fənərbaxça” da xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 14-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Adana Dəmirspor” “Kasımpaşa”nı, “Başakşəhər” isə “Altay”ı qəbul edib. Hər iki oyun qolsuz başa çatıb.

Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışıb. Lakin “qara qartallar” bu oyunda böyük hesabla məğlub olub. “Antalyaspor” evdə “Alanyaspor”u darmadağınla məğlub edib. “Rizəspor” isə “Kayserispor”la oyundan qalib ayrılıb.

Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gəlib və inamlı qələbə qazanıb. “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.

Turun qapanış matçında “Fənərbaxça” “Göztəpə”nin qonağı olub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Türkiyə Super Liqası, 14-cü tur

26 noyabr

Adana Dəmirspor – Kasımpaşa 0:0

Başakşəhər – Altay 0:0

27 noyabr

Antalyaspor – Alanyaspor 3:0
Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.

Rizəspor – Kayserispor 1:0
Qol: S.Ay, 48.

Beşiktaş – Girəsunspor 0:4
Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.

28 noyabr

Qaziantep – Konyaspor 3:2
Qol: Koker, 18. M.Dəmir, 52. Fiqeyredo, 86 – Gilyerme, 6-pen. Çikalleşi, 72.

Sivasspor – Hatayspor 4:0
Qol: P.Enrike, 22-pen. Yatabare, 43; 48; 86.

Fatih Karagümrük – Trabzonspor 0:2
Qol: Djanini, 17. A.Ömür, 62.

Yeni Malatyaspor – Qalatasaray 0:0

29 noyabr

Göztəpə – Fənərbaxça 1:1
Qol: Yahoviç, 40 – S.Dursun, 48.

Bombardir: Anastasios Bakasetas (Trabzonspor) – 7 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right