Rus məşqçi və erməni futbolçuya ağır cəza

Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.

Newsport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Qazaxıstan Premyer Liqasının "Kayrat"a 0:1 hesabı ilə uduzduqları oyununda rəqib komandaya hörmətsizlik etdiyi üçün 2 il müddətinə diskvalifikasiya edilib

51 yaşlı çalışdırıcı “Kayrat”la oyunun ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb. Cəzaya əsasən Tixonov 2 il yerli federasiyanın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. 

"Astana"nın erməni futbolçusu Tiqran Barseqyan isə azarkeşlərə qarşı təhqiredici jest və nalayiq davranışa görə 1 aylıq cəzalanıb. Hər iki şəxsin cəza müddəti oktyabrın 25-dən hesablanır.

Xatırladaq ki, "Kayrat" "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində rəqibidir. 
 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah