Mbappe "Real"a keçməyə hazırdır

PSJ-nin futbolçusu Kilian Mbappe mövsümün sonunda Madrid "Real"ına keçəcək.

 

Newsport.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Canluka Di Martsio məlumat yayıb. O, 22 yaşlı hücumçunun Madrid klubu ilə müqavilə şərtlərini razılaşdırdığını yazıb.

 

Jurnalist Fransa millisinin üzvünün 2022-ci ilin fevralından sonra "kral klubu" ilə rəsmi müqavilə imzalayacağını və yayda komandaya qoşulacağını qeyd edib.

 

Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right