"Legiya"nın idman direktoru: "Emrelinin transferində Mixneviçin rolu olub"

"Mahir Emrelinin komandamıza keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin də rolu olub. O, Çexiyanın "Slaviya" (Praqa) və Norveçin "Budyo Qlimt" komandalarına qarşı matçlarda vacib qollar vurub və hücumda komandaya çox xeyir verir".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunun idman direktoru Radoslav Kuxarski yeni baş məşqçi Marek Qolebiyevskinin təqdimat mərasimində deyib.

Funksionerin Mixneviçin Emrelinin transferinin gerçəkləşməsində önəmli xidmətinin olduğunu vurğulayıb. "Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulan futbolçular oldu. Bu gün məni ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir. Söhbət Tomaş Pexart, Filip Mladenoviç və Lukinyasdan gedir. Bu oyunçular həmin qarşılaşmalarda hücum xəttində vacib rol oynayıblar. Bu gün biz elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur. Bu da mənim üçün sualdır".

Qeyd edək ki, daha əvvəl Polşa mətbuatı Mahir Emrelinin Çeslav Mixneviçlə qalmaqal yaşadığını yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right