Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrıldı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi Çeslav Mixneviçlə yollarını ayırıb. Bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mixneviçi baş məşqçi postunda Marel Qolebievski əvəz edəcək.

Qeyd edək ki, "Legiya" Avropa Liqasında 3 turda topladığı 6 xalla qrup lideridi. Polşa çempionatında işləri yaxşı getməyən varşavalılar 12 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right