"Qızıl top"u qazanmağı qarşıma məqsəd qoymuram"

"Real"ın futbolçusu Kərim Benzema "Qızıl top"a namizəd olması ilə bağlı növbəti dəfə fikirlərini bölüşüb. 

Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçu "BeİN Sport"a açıqlamasında deyib: 

"Ən yaxşı 30 namizəd arasında olmaq çox yaxşıdır. Uşaqlıqdan bəri bu, mənim xəyalım idi. Digər xəyallarım artıq gerçək olub. Məsələn, "Real" oynamaq, Çempionlar Liqasını qazanmaq. Qarşıma sırf "Qızıl top"un qalibi olmaq kimi bir məqsəd qoymuram, çünki belə düşünməyə başlayanda enerjini boş yerə sərf edirsən. Ən əsas şey bütün gücünlə  meydanda nəyəsə nail olmaqdır. "Qızıl top" fərdi mükafatdır, amma həm də kollektivdir. Çünki qələbənizdə klubdakı və ya millidəki komanda yoldaşlarınızın da payı var". 

Qeyd edək ki, Benzemadan başqa namizədlər arasında Nikolo Barella ("İnter"), Leonardo Bonuççi ("Yuventus"), Kevin de Brüyne("Mançester Siti") Kevini, Corco Kyellini ("Yuventus"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Ruben Diaş ("Mançester Siti"), Canluici Donnarumma (PSJ), Brunu Fernandeş ("Mançester Yunayted"), Fil Foden ("Mançester Siti"), Erlinq Haaland ("Borussiya" Dortmund), Jorjinyo ("Çelsi"), Harri Keyn ("Tottenhem), Nqolo Kante ("Çelsi"), SimonaKyer ("Milan"), Sesar Aspilikueta ("Çelsi"), Robert Levandovski ("Bavariya), Romelu Lukaku ("Çelsi"), Riyad Mahrez ("Mançester Siti"), Lautaro Martines ("İnter"), Kilian Mbappe (PSJ), Lionel Messi (PSJ), Luka Modriç ("Real"), Jerar Moreno ("Vilyarreal"), Meyson Maunt ("Çelsi"), Neymar (PSJ), Pedri ("Barselona"), Məhəmməd Salah ("Liverpul"), Rahim Sterlinq ("Mançester Siti"), Luis Suares ("Atletiko") var. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right