"Real"da 2 ciddi itki

İspaniya Primerosunun 10-cu turunda səfərdə “Barselona”ya 2:1 hesabı ilə qalib gəlmək “Real”a baha başa gəlib.

Newspor.az xəbər verir ki, Madrid klubu 2 futbolçusunu "itirib".

Belə ki, Federiko Valverdə və Tibo Kurtua zədələnib. Uruqvaylı oyunun gedişində zədələnmişdisə, Kurtuanın zədələndiyi matçdan sonra bilinib.

Hər 2 futbolçu ayağındakı problemə görə həkim müayinəsindən keçəcək.

​Məhz bundan sonra onların hansı müddətə oynamayacağı dəqiqləşəcək. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right