Kurban Berdiyev: "Qarabağ" layiqli qələbə qazandı

Konfrans Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Kayrat” (2:1) matçından sonra təşkil edilən mətbuat konfransında Qazaxıstan klubunun baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Oyun barədə nə deyə bilərsiz?
- İki fərqli hissə oldu. İlk hissədən sonra hesabı qorumağa çalışırdıq. Ancaq “Qarabağ” oyunu lehinə dəyişməyi bacardı.

- Dünən heç-heçənin sizi qane etməyəcəyini söyləyirdiz. Bu gün Bakıda futbol havası necə idi?
- Atmosfer yaxşı idi. Azarkeşlər komandalarına yaxşı dəstək verdi. Oyun barədə isə artıq danışdım.

- Sizi “Rubin”dəki işinizlə tanıyırıq. Orda oynatdığınız müdafiə futbolu başadüşülən idi. Bugünkü oyununuzu necə anlamaq olar?
- Qrupumuz lox çətindi. Bütün rəqiblər güclüdü. İkinci hissədə səhvlərimiz başladı. “Qarabağ” qələbəyə layiq idi. Səhvlərimizdən istifadə etməyi bacardılar. “Qarabağ” daha üstün oynadı.

- Hər standart vəziyyət zamanı yerinizə əyləşir, epizod bitdikdən sonra ayağa qalxırdız. Bu, ritual idi?
- Qaydalara görə iki məşqçi ayaq üstə ola bilməz. Buna görə mən əyləşirdim, standart vəziyyətlərlə məsul məşqçi ayaq üstə qalırdı.

- Bundan sonra qrupdan çıxma şanslarınızı necə dəyərləndirirsiz?
- Şanslarımız daha azdı. Ancaq mübarizəni davam etdirəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right