"İnter" "Latsio"ya uduzdu, "Milan"dan möhtəşəm geridönüş

İtaliya A Seriyasında VIII tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Son çempion "İnter" səfərdə "Latsio"ya uduzub.  Turnir cədvəlinin 2-ci pilləsində yer alan "Milan" "Verona" ilə ev oyununda çətin qələbə əldə edib.

Geridə qalan 7 turda maksimum nəticə göstərən lider "Napoli" "Torino"nu qəbul edəcək.

Turun mərkəzi görüşü Turində keçiriləcək. "Yuventus" "Roma"nı qəbul edəcək.

İtaliya A Seriyası
VIII tur

16 oktyabr

Spetsiya - Salernitana - 2:1
Qollar:
 Ştreleç, 51, Kovalenko, 76 - Simi, 39

Latsio - İnter - 3:1
Qollar: 
İmmobile, 64 (pen.) F.Anderson, 81, Milinkoviç-Saviç, 90+1 - Perişiç, 12 (pen.)

Milan - Verona - 3:2
Qollar: 
Jiru, 59, Kessye, 76 (pen.), K.Günter, 78 (öz qapısına) - Kaprari, 7, Barak, 24

17 oktyabr

14:30 Kalyari - Sampdoriya
17:00 Cenoa - Sassuolo
17:00 Udineze - Bolonya
17:00 Empoli - Atalanta
20:00 Napoli - Torino
22:45 Yuventus - Roma

18 oktyabr

22:45 Venetsiya - Fiorentina





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right