"Tarixi gecə idi" Ronaldo

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu məğlub etdikləri oyundan (5:0) sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçu het-trik etdiyi matçla bağlı İnstaqram hesabında paylaşım edib. O, bunları qeyd edib:

“Başqa bir tarixi zəfər. Hədəfimizə doğru daha bir addım atdıq, tarixi gecə idi! İlk dəqiqədən sonra qədər bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Daha çox uğur qazanmaq üçün səylərimi davam etdirirəm. Hər zaman mümkün olan maksimum nəticəni əldə etmək üçün döyüşürük”.

Xatırladaq ki, Ronaldo Lüksemburqla görüşdə milli komandada 10-cu het-trikini etməklə rekorda imza atıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah