Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında lider "Beşiktaş" İzmir səfərində "Altay"la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda hesabı açan tərəf olsa da, sonda izmirlilər əzmkar qələbəyə seviniblər. Bu məğlubiyyətlə "Beşiktaş" zirvəni "Altay"a təhvil verib.
Ötən tur "Kayserispor"a üç cavabsız qolla uduzan "Qalatasaray" bu dəfə "Göztəpə" ilə qarşılaşıb. İstanbul klubu çətin qələbə əldə edib - 2:1.
"Fənərbağça" "Hatayspor" səfərinə yollanıb. Bu görüş də istanbulluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun son matçında "Trabzonspor" doğma meydanda "Alanyaspor"u qəbul edəcək.
Türkiyə Super Liqası
VII tur
24 sentyabr
Altay - Beşiktaş - 2:1
Qollar: Kappel, 57, Bamba, 88 - G.Yalçın, 47
25 sentyabr
Sivasspor - Fatih Karagümrük - 4:0
Qollar: Kayode, 1, Qutas, 50, Felix, 56, Qradel, 71
Antalyaspor - Yeni Malatyaspor - 1:0
Qol: G.Vural, 89
Adana Dəmirspor - Qaziantep - 4:0
Qollar: Y.Akgün, 12, Kolker, 65 (öz qapısına), Balotelli, 78, Assombalonqa, 85
26 sentyabr
Girəsunspor - Kayserispor - 1:1
Qollar: Diabate, 21 - Attamah, 17
Başakşəhər - Rizəspor - 3:0
Qollar: Okaka, 25, 55, 75
Hatayspor - Fənərbağça - 1:2
Qollar: Sen-Luis, 70 - D.Rossi, 17, Novak, 29
Qalatasaray - Göztəpə - 2:1
Qollar: Dervişoğlu, 49, Morutan, 56 - Ndiaye, 43