Millimizin üzvü Polşada növbəti qolunu vurdu

Polşa çempionatında 9-cu turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) bu bu gün səfərdə “Şlyensk”lə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. 

Start heyətdə meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub. Bu, onun cari mövsüm çempionatda vurduğu 2-ci qoldur.

Qeyd edək ki, “Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right