Daha bir məşhur futbolçu karyerasını bitirdi

Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi bu barədə "RMC Sport"a özü açıqlama verib. O, ilyarımlıq ədalətsiz dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib. 

Qeyd edək ki, Samir Nəsri "Marsel",  "Arsenal", "Mançester Siti", "Vest Hem",  "Sevilya", "Antalyaspor" kimi klublarda oynayıb. Onun son klubu isə Belçika "Anderlext"i olub.

Xatırladaq ki, Nəsri hələ “Sevilya”da çıxış edərkən ondan dopinq testi götürülb və qanından qadağan olunmuş preparat aşkarlanıb. Buna görə də o, 18 aylıq futboldan uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right