"Bu cür futbolçu ilə birlikdə oynadığıma görə fəxr edirəm"

PSJ-nin futbolçusu Əşrəf Hakimi Lionel Messi ilə münasibətindən danışıb.

Newsport.az-ın məlumatına görə, Hakimi argentinalı ulduzla münasibət qurmağın çətin olmadığını deyib: “Messi ilə münasibət qurmaq çox asan idi. Mən topu ona ötürürəm. O, isə öz növbəsində topu lazım olan yerə ötürür.

​Düzünü desəm, Messinin PSJ-yə keçəcəyini gözləmirdim. Ancaq biləndə ki, o, komanda yoldaşım olacaq, çox sevinmişdim. Bu cür futbolçu ilə birlikdə oynadığıma görə fəxr edirəm”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah