"Legiya"nın baş məşqçisi Mahirdən danışdı

Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Ekstraklasanın 9-cu turunda “Rakuv”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis oyunda 1 qol vuran Mahir Emrelidən də danışıb:

“Oyuna yaxşı başladıq. Topu saxladıq, oyuna nəzarət etdik. Andre Martinsin dəyərləndirə bilmədiyi yüz faizlik qol imkanımız oldu. Daha sonra səhv etdik və rəqib hesabı açdı. Rəqibə qolu hədiyyə etdik. Bundan sonra Mahir Emrelinin gözəl zərbəsindən sonra fərqi azaltdıq. Meydanda bərabər oyun gedirdi və daha çox qol imkanları yaratdıq.

Dəyişikliklər etdik. Yaxşı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Ən azından hesabı bərabərləşdirmək üçün iki çox yaxşı imkanımız oldu. Biri Rafa Lopesin zərbəsi idi. Digəri isə Mahirin son dəqiqələrdəki qol imkanı. Emrelinin başla zərbəsi qol olsaydı, hesab bərabərləşəcəkdi və növbəti qol haqda düşünməyə başlayacaqdıq. Amma olmadı. “Rakuv” imkanlarını dəyərləndirdi, biz yox. Buna görə məğlub olduq”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah