Millimizin üzvü "matçın adamı" seçildi

Azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya çempionatının 7-ci turunda keçirilən “Tondela” – “Famalikan” matçının ən yaxşısı seçilib.

Newsport.az-ın məlumatına görə, Dadaşovun qolu ev sahiblərinə qələbə gətirib (3:2).

Görüşdən sonra "matçın adamı" mükafatına sahib çıxan millimizin üzvü bunları deyib:

“Mənim üçün ən vacibi komandadı. Klubdakı yoldaşlarım olmasaydı bu mükafatı ala bilməzdim. Oyunboyu özümüzə inandıq. Bizim əla oyunçularımız var və birlikdə oyunu qalib başa vurduq. Bu, təkcə mənim mükafatım deyil, bütün komandaya məxsusdu. Uğursuz oyunlardan sonra qələbə vacib idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right