Falkao “Qalatasaray”dan getdi, forma satışı ilə diqqət çəkdi

"Qalatasaray"dan "Rayo Valyekano"ya keçən Radamel Falkao yeni klubuna forma satışı ilə fayda verir.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı hücumçunun 1 həftə ərzində forması rekord şəkildə satılıb.

Klub tarixində ilk dəfə bu hal yaşanıb. Fan-şopda formanın biri 80 avro təşkil edir.

Madrid təmsilçisinin prezidenti Raul Martis 35 yaşlı oyunçudan meydanda daha çox gözləntilərinin olduğunu deyib.

Falkao La Liqa klubunda keçirdiyi 2 oyunda 2 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah