İspaniya La Liqasında VII tura start verilib.
Newsport.az-ın məlumatına görə, açılış matçında son çempion "Atletiko" autsayder "Alaves"in qonağı olub. "Hindular" gözlənilmədən məğlubiyyətlə üzləşib.
Lider "Real" "Vilyarreal"la üzləşib. Görüşdə hesab açılmayıb.
Mövsümə uğursuz start verən və 7-ci pillədə yer alan "Barselona" "Levante" ilə üz-üzə gəlib.
Turun son matçında "Selta" və "Qranada" münasibətlərinə aydınlıq gətirib.
İspaniya La Liqası
VII tur
25 sentyabr
Alaves - Atletiko - 1:0
Qol: Laquardia, 4
Valensiya - Atletik - 1:1
Qollar: M.Andre, 90+5 - İ.Martines, 69
Sevilya - Espanyol - 2:0
Qollar: En Nesiri, 13, R.Mir, 87
Real - Vilyarreal - 0:0