Kannavaro istefa verdi

"Quançjou Everqrand"ın (Çin) baş məşqçisi Fabio Kannavaro istefa verib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis klubla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyi qəbul edib.

"Quançjou Everqrand" bu qərarı klubun sahibi olan"China Evergrande Group" holdinqin ciddi maliyyə çətinlikləri səbəbindən verib.

Buna baxmayaraq, komanda Çin çempionatını tərk etmək fikri yoxdur və klub mövsümü başa vuracaq. 

Qeyd edək ki, "Quançjou" 14 oyundan sonra A qrupunda lider "Şandun Tayşan"dan 3 xal geri qalır və 2-ci pillədə qərarlaşır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah